07 yanvar 2019 16:53
1878

“Youtuber” qız sevdiyi 61 yaşlı qadına evlənmə təklifi etdi FOTO

24 yaşlı “Youtube” ulduzu Culia Zelq Miladdan əvvəl 61 yaşlı Eylin de Frist adlı sevdiyi qadına evlənmə təklifi edib.

 “Ölkə.Az” xəbər verir ki, braziliyalı Culia sentyabr ayında Tinder-də Eylin ilə tanış olub. 5 ay ərzində evlənmə qərarı qəbul edən cütlük bunun sürətli qərar olduğunu qəbul edir. Amma Eylin bildirib ki, onlar hər şey haqqında danışıblar və düşünmədən qərar verməyiblər:

“Birlikdə yaşamaq üçün səbəblərimiz çoxdur. İkimiz də həqiqətən çox xoşbəxtik”.

61 yaşlı amerikalı Eylin Culia diz çöküb təklif etdikdən sonra evlənməyi qəbul edib. Cütlük Culianın ailəsi ilə tanış olmaq üçün Braziliyaya gedib. Eylin Culianın anasını qayınana adlandırıb. Hazırda cütlük toya hazırlaşır.

Qeyd edək ki, bu xəbər sosial şəbəkələrdə sərt reaksiyalara səbəb olub.