08 yanvar 2019 11:21
2665

Dünyanın ən bahalı bir litr mayesi

Bir litr maye neçəyə ola bilər: min dollar, yoxsa milyon? Hazırda bir litr maye 10 milyon dollar dəyərindədir. Bu qiymətə isti ölkələrdə 20 ada almaq mümkündür.

Məsələn, aktyor Nikolas Keydc 17 hektar əraziyə sahib olan adanı 3 milyon dollara alıb. Hazırda söhbətini etdiyimiz maye bu aktyora məxsus deyil.

Bu, sarı əqrəbin zəhəridir. Söhbət burada zəhərin özündən deyil, onun içərisində olan nadir bilinən zülal növündən gedir. Ondan dərman istehsalında istifadə olunur. Bu zəhər bir çox ağır xəstəliklərin müalicəsində əvəzolunmaz vasitə kimi tanınır. Məsələn, müxtəlif şiş xəstəliklərində, ağır ürək xəstəliklərinin müalicəsində və s.

Zəhərin bu qədər baha olmasının səbəbi isə çətin texnoloji prosesdən keçməsi və ona olan tələbatın yüksək olmasıdır.

Könül Əliyeva,  “İki sahil”