08 yanvar 2019 11:59
566

Yevlaxda qəza - sürücü ağır xəsarət alıb

Yevlax rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Tanrıqulular kənd ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb və daha sonra aşıb. Nəticədə sürücü, 1989-cu il təvəllüdlü Namiq Hüseyn oğlu Abdullayev ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.