19 fevral 2016 01:09
229

İnsanla tovuzquşunun dostluğu

Bu qəribə dostluq görən hər kəsin marağına səbəb olur.Türkiyənin Çanaqqala şəhərində yaşayan Ayxan Sancaqdar illərdir ki, tovuzquşu ilə yoldaşlıq edir.

Tovuzquşu illər əvvəl Ayxana qohumlarından biri tərəfindən hədiyyə olunub. Quşu evinin baxçasında saxlayan Ayxan Sancaqdar daha sonra necə öyrəşirsə, onu baxçada yox evində saxlamağa başlayır. Çörəkçi kimi fəaliyyət göstərən Ayxan işə belə quşu ilə birlikdə gedir. Dərdini, sevincini, sirrlərini tovuzquşu ilə bölüşdüyünü deyən şəhər sakini heyvanın ona uğur gətirdiyini və quşu saxladığı gündən işlərinin yağ kimi getdiyini deyir.

Bu günə qədər tovuzquşuna külli miqdarda pul verib almaq istəyənlər olsa da, Ayxan Sancaqdar onu satmağı ağlına belə gətirmədiyini deyir.