15 yanvar 2019 18:13
412

Madrid teatrı enerjini alqışlardan alacaq

“Gran Vía” Madrid teatrı tamaşaçıların generasiya etdiyi enerjini işlətməyə qadir olan ilk İspaniya teatrıdır. O, bu səbəbdən “EDP Gran Vía” adlandırılıb.

AZƏRTAC xəbər verir ki, növbəti 3 ildə teatrın hamiliyini öz üzərinə götürən “EDP” energetika şirkəti tamaşaçılar tərəfindən yaradılan bütün səsləri (alqışlar, salamlama və gülüş) tutaraq xüsusi akustik topluya göndərəcək. Bu toplu tamaşalar zamanı səs titrəyişlərini yığacaq və qeydiyyata alacaq. Tamaşanın sonunda emal edilən səs kilovat-saatlara çevriləcək.

Yığılan enerji haqqında məlumatlar teatrın sosial şəbəkələrdəki səhifələrində yayımlanacaq. Həmçinin teatrın ekranlarından birində hər şoudan sonra generasiya edilən kilovat-saatların sayğacı göstəriləcək. Ekranda, həmçinin maksimal miqdarda enerji toplayan tamaşaların siyahısı da əks olunacaq.