Körpə hələ dünyaya göz açmamış mükəmməl istedada malik olur. Uşaqlar haqqında bilmədiyiniz maraqlı faktları diqqətinizə çatdırırıq.
- Hələ ana bətnində olarkən belə ana və uşaq DNT- lərini bir-biri ilə dəyişə bilirlər. Körpənin hüceyrə toxumaları anada illərlə yaşaya bilmək qabiliyyətinə malikdir.
- Yeni doğulmuş körpəni öpərək analar bakteriya və virusları udmuş olurlar. Hansı ki, sonrasında antitelləri ana südü ilə yenidən uşağa ötürülür. Məhz elə bu, körpə uşağı infeksiyalardan qoruyur.
- Uşaqlar müxtəlif ləhcələrdə ağlayırlar. Onlar ana bətnində olan zaman ananın danışıq səslərini eşitdiklərinə görə, ağlamaları həmin səsə görə formalaşır. Məhz elə bu səbəbdən ağlayan uşağın alman, fransız və ya amerikan uşağı olduğu müəyyən edilir.
- Anadan doğulan gündən etibarən bir ay müddətində körpələr dünyanı ağ- qara rəngdə görürlər. Bunun səbəbi uşağın görmə qabiliyyətinin tam formalaşmamasıdır. Bundan başqa sadəcə bir metr uzaqlığa qədər məsafəni görə bilirlər. Ağ, qara rəngdən sonra ilk seçdikləri rəng qırmızı rəngdir.
- İlk əvvəl sinir ucluqlarının əksəriyyəti uşaqların ağız boşluğunda yerləşir, məhz elə buna görə də, uşaqlar hər şeyi ağızlarına aparırlar. Artıq 7-ci ayından etibarən onlar ətraf mühiti əlləri ilə öyrənməyə başlayırlar.
- Körpələr günün çoxunu yuxuda keçirirlər və buna səbəb beynin qlükozanın 50%-ni orqanizmdən istifadə etməsidir. Məsələn, böyüklərin beyni orqanizmin qlükozasının 20%-ni istifadə edir.
- 1985-ci ilə qədər cərrahlar körpələr üzərində əməliyyat apardıqları zaman anesteziyadan istifadə etmirdilər. Həmin dövrün həkimlərinin fikirlərinə görə, yeni doğulmuş körpələrin yaddaşları yoxdur və ağrı onlara uzunmüddətli zərər yetirmir.
- Ana bətnində olan körpə ananın zədə görmüş orqanlarına öz hüceyrə liflərini göndərərək bərpa etmək qabiliyyətinə malikdirlər.
- Altı ayına qədər körpələr doğuşdan üzmək qabiliyyətinə malik olurlar.
- Əgər körpənin ovucuna barmağınız ilə toxunsanız, mütləq o, sizin barmağınızı sıxacaq. Buna səbəb körpənin motorikasının hesabına tutmaq refleksinin inkişaf etməsidir.
- Körpələr gün ərzində təxminən 200 dəfə gülümsəyirlər.
- Neyrobioloqlar hesab edirlər ki, yeni doğulmuş körpələr bir neçə il yuxu görmürlər. Səbəbi isə onların beyinlərinin hələ tam şəkildə inkişaf etməməsidir.
Könül Əliyeva, “İki sahil”