23 yanvar 2019 11:42
1408

Ən sürətli internetdən istifadə edən ölkələr hansılardır?

İnternetin sürəti çox önəmlidir. Yazılar çox sürət tələb etməsə də,  audio,  video, şəkillərdən istifadə edənlər üçün  internetin gücünün  yüksək olması vacibdir ki, rahatlıqla işləyə bilsinlər. İnternetin sürəti az olduqda,  proqramların gücünə cavab vermədikdə, o zaman fəaliyyət zamanı müəyyən “donma”, istifadəçi narazılığı, narahatlıq yaranır. Bəzən “speed test” tətbiqi vasitəsilə internetin sürətini də ölçmək olur.

Hər ölkə müxtəlif internet sürətindən istifadə edir. Sürətə təsir edən bir sıra amillər var: dövlətin ərazisi, əhalinin sayı, işçi qüvvəsi, internətə olan tələbatı müəyyən edir.

Bəs yüksək internet sürətindən istifadə edən  ölkələr hansılardır?

Həmin siyahını sizlərə təqdim edirik:

Sinqapur - 190.94 Mbps

Hong Kong -161.39 Mbps

İslandiya - 156.16 Mbps

Ruminiya - 124.54 Mbps

Cənubi Koreya - 119.61 Mbps

“Speed Test”  vasitəsilə aparılan araşdırma əsasında müəyyənləşən ardıcıllıq hər ay yenilənir. Mobil internetin ən yüksək sürəti isə əsasən  İslandiya, Norveç, Kanada, Sinqapur, Qətər ölkələri qabaqcıl yer tutaraq ilk beşlikdə yer alıblar.