Məlum inancların əksinə, bəşəriyyətin tarixi yalnız müharibələrdən ibarət deyil. Bəşər tarixi həm də qədim ədəbiyyat, çılpaq ixtiralar, cəsarətli kəşflər kimi maraqlı hadisələr ilə də zəngindir. Bu gün sizləri maraqlı tarixi faktlar ilə tanış edəcəyik:
- XIX əsrdə “Kraliça poçtu” dünyanın ən effektiv poçtu hesab olunurdu. Gün ərzində insanlara azı 12 məktub çatdırılırdı. Göndərilən məktubun üzərinə “təcili cavab verin” kəlməsi yazılırdı. Əgər iki saat ərzində məktub çatdırılmırdısa, insanlar şikayət etməyə başlayırdılar. Müharibə dövründə məktubların sayı gün ərzində 4 dəfəyə düşdü, sonralar isə artıq 1 dəfəyə.
- Yaponiyada samuraylar üçün xüsusi geyim dəsti var idi. Belə ki, onlar “xoro” adlı xüsusi plaşlar geyinirdilər. Düşmən arxadan zərbə vurmaq istəyən zaman həmin plaşlar şar kimi şişirdilir və zərbənin qarşısını alırdılar.
- Qan intiqamı deyilən bir ənənə demək olar ki, dünyanın bir çox ölkələrində var idi və indiyə qədər də davam edir. Lakin Korsike şəhərində hər bir evdə xüsusi xəncər var idi və bu xəncərin adı “vendet” adlanırdı. Baxmayaraq ki, ondan bir o qədər də istifadə olunmurdu, lakin mənası intiqam demək idi. Bu gün klassik korsikan “vendeti”ni tapmaq demək olar ki, mümkün deyil.
- XIX əsrdə su terapiyası xüsusilə məşhur idi. Hesab olunurdu ki, su hər bir xəstəliyi müalicə etməyə qadirdir, buna görə də müxtəlif qəribə vasitələr kəşf olunurdu. Deməli, 1891-ci ildə yelləncək vannalar kəşf olunmuşdu, hansı ki, onun içərisində oturan özünü dənizdə hesab edirdi və bununla həmin şəxs stresi ataraq xəstəlikdən müalicə olunurdu.
- Darvin haqqında yəqin ki, çoxları eşidib. Bu şəxs laboratoriyada işləyirdi və ofisdə gəzmək, müxtəlif nümunələri tədqiq etmək üçün əyləşdiyi kresloya təkərlər düzəltdirmişdi. İllər keçdikdən sonra məhz elə Darvinin bu kəşfinə əsasən ofislər üçün təkərli kreslolar düzəltməyə başladılıb.
- Günlərin bir günü Rene Laennek adlı həkim ürəyində ağrıların olmasından şikayət edən qadını müayinə etməyə gəlir. Həkim Rene qulağını qadının sinəsinə söykəyib qulaq asmağa utandığı üçün kağızdan nazik silindir düzəldir və qadının sinəsinə söykəyərək ürək döyüntülərinə qulaq asır. Nəticədə ürəyin döyüntüləri daha dəqiq və yüksək səslə eşidilməyə başlayır. Bundan heyrətə gələn həkim bir müddət sonra “stetoskopu” kəşf edir.
- Qədim Misirdə yeni il 19 iyun tarixindən başlayırdı. İl 12 aydan, hər bir ay 30 gündən ibarət idi. Lakin aylar cəmi üç həftədən ibarət olurdu. Son beş gün aya daxil olunmurdu, ilin axırına əlavə olunurdu. Nəticədə il 365 günə bərabər olurdu.
- Aktyor Layonel Roys yəhudi olduğu üçün Almaniyadaki işini itirir. İşini itirən aktyor Alp dağlarına yollanır. Orada saqqalını uzadaraq görünüşündə dəyişiklik edən Roys yenidən Almaniya səhnələrinə geri dönür. Baş verən müharibədən sonra aktyor ABŞ-a gedir və orada ən çox tələb olunan kinoaktyor kimi məşhurlaşır.
- 2009-cu ildə məşhur “IT” Cənubi Afrika şirkətinin əməkdaşları eyni məlumatı 2 üsul ilə çatdırmağı qərara alırlar: modem birləşməsi ilə və Uinston sərçəsi vasitəsilə. Beləliklə, sərçə Uinston 4 Qb-lıq məlumatı 100 kilometrlik məsafəni iki saata qət edərək lazım olan nöqtəyə çatdırır, həmin vaxtda modem məlumatın cəmi 4%-ni çatdırmış olub. Maraqlıdır, əgər bu eksperiment bu gün bir daha təkrarlanarsa hansı vasitə qalib olar?
Könül Əliyeva, “İki sahil”