İnternet həyatımızın ayrılmaz hissəsinə çevrilib. İşdə, evdə, nəqliyyatda mesaj göndəririk, video yükləyirik, məlumat əldə edirik və s. Amerikanın “Cumulus Media” teleradio şirkəti statistikaya əsasən bir dəqiqə ərzində internet istifadəçilərinin məhz nə etdiklərini aydınlaşdırmağı qərara alıb.
Tədqiqatın nəticələri hər kəsi heyrətə gətirib: sən demə hər 60 saniyə ərzində biz bir-birimizə milyonlarla məktub göndəririk, yüz minlərlə tvit nümayiş etdiririk, “Google”a hədsiz suallarımız ilə “əzab” veririk və hətta 1 milyona yaxın akkaunta baxmağı bacarırıq.
“Cumulus Media”nın tədqiqatlarına əsasən? dəqiqə ərzində internetdə nələrin baş verdiyini sizin diqqətinizə çatdırmaq istəyirik.
- Dünyada hər bir dəqiqədə 187 milyon elektron məktub göndərilir.
- 481 min tvitt nəşr olunur.
- “WhatsApp” da 38 milyon mesaj göndərilir.
- “Instagram” da 174 min məlumat səhfəsi vərəqlənir.
- İstifadəçilər “Google” a hər dəqiqə 3,7 milyon axtarış sorğusu verir.
- “YouTube” da 4,3 milyon videoya baxılır.
- Nəhayət, 973 min dəfə “Facebook” a daxil olunur.
Baxmayaraq zaman - zaman sosial şəbəkələrdən ayrılıb istirahət etməyimiz gərəkli olsa da, qəbul etmək lazımdır ki, internet həyatımızı həddindən artıq sadələşdirib və bütün dünyanı ovucumuzun içinə yığıb.