Nasistlərin alman olmayan yazıçıların kitablarını yandırmağa cəhd etmələrindən sonra bir şəxs bu kitabları gələcək nəsillər üçün qorumaq məqsədilə addım atdı.
Ədəbiyyat siyahısı, əsasən 1933-cü ildən əvvəl nəşr olunan kitablardan ibarətdir, lakin sonra müxtəlif səbəblərdən bu kitablar faşistlər tərəfindən qadağan olunmuşdur. Auqsburq Universitetinin kitabxanasının müəllimi Cerard Stampf deyir: “Onların müəlliflərinin əksəriyyəti yəhudi müəllifləri idi, digərləri isə sosialist və ya kommunist yazıçıların kitabları idi, eyni zamanda, Dünya müharibəsi əzabını yaşamış müharibə əleyhinə olan müəlliflərdir".
1976-cı ildən ölümünə qədər Corc.P.Salzman qeyri-alman olmağına görə qadağan edilmiş və yandırılmış təxminən 12 min kitab topladı. Atası bir faşist idi və 1945-ci ildə, Corc hələ yeniyetmə olduğu zaman özünü silahla vurub öldürmüşdü.
“Burnt Books" yəni yandırılmış kitablar kitabxanası 2009-cu ildə Auqsburq Universitetinə satıldı və indi ictimaiyyət üçün açıqdır. Stampf Salzmanın aldığı ilk kitabı, həmçinin bir müəllifin öz kitablarını faşistlərə imkan verməyib özünün yandırması təsviri də bu kitabxanada nümayiş olunmaqdadır.
Röya Rasimqızı