81 ildir fəaliyyət göstərən, texnologiya sektorunda öz işləri ilə daim seçilən Cənubi Koreyanın “Samsung” şirkəti insanların marağına səbəb olacaq yeni bir layihə təqdim edəcək.
Belə ki, “Samsung”un mühəndisləri şirkətin yeni bir “T-shirt” (köynək) hazırladığını bildiriblər. Maraqlısı budur ki, bu “sehrli köynəklər” xəstəlikləri analiz edə bilmək xüsusiyyətinə malik olacaqlar. Üzərindəki sensorlar sayəsində ağciyər funksiyalarına nəzarət edir və diaqnoz qoya bilir. Sensorlar əsasən sətəlcəm, xroniki ağciyər xəstəlikləri, ağciyərdə mövcud neqativ halları müəyyənləşdirə biləcək. Bunun üçün “ağıllı T-shirt”də sahibinin yaşı, cinsiyyəti, boyu, çəkisi düzgün şəkildə qeyd olunmalıdır. Beləliklə, “köynək” rahatlıqla diaqnoz qoya biləcək.
Şirkət mütəxəssisləri, hələ ki dizayn mərhələsini yaşayan bu “sehrli köynək”lərin yaxın zamanda satış sektoruna çıxarılacağı xəbərini də veriblər.
Yaqut Ağaşahqızı, “İki sahil”