21 fevral 2019 14:44
1200

Donuz yemiriksə, niyə qripinə yoluxuruq?

Müğənni Yıldız Tilbe Türkiyə Səhiyyə Nazirliyinə müraciət edib.

"İki sahil" qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi Tvitter-də xalq arasında "donuz qripi" kimi tanınan H1N1 virusu barədə post paylaşıb.

Yıldız nazirliyə sual ünvanlayaraq qriplə bağlı tədbir görmələrini xahiş edib: "Donuz yemiriksə, niyə qripinə yoluxuruq? Bu virusdan xilas olmaq, sağlam yaşamaq istəyirik. Millət olaraq xəstəyik. Bunun axırı necə olacaq? Biz yazıq deyilik? Xəstəlikdən yorğun düşmüşəm. Səhiyyə Nazirliyi bizə pulsuz dərmanlar paylasın".