İlk öncə demək istərdik ki, zərif cinsin nümayəndələrindən olan müəllimələr kişi cinsin nümayəndələrindən çoxdurlar. Bu tendensiya XX əsrin əvvəllərindən müşahidə olunur.
Lakin bütün bunlara baxmayaraq tarix göstərir ki, tədris və təlim sahəsində qlobal dəyişiklikləri məhz kişilər ediblər. Bu yazımızda təhsil sistemində köklü dəyişikliklər edən şəxslər haqqında danışacağıq.
1. Yan Amos Komenski (1592-1670)
Bu məşhur çex pedaqoqun hesabına müasir uşaqlar parta arxasında əyləşir, qiymət alır və ev tapşırıqlarını yerinə yetirirlər. Yan Amos Komenski sinif - dərs sisteminin banisi hesab olunur.
Üç əsr bundan qabaq Komenski anlayıb ki, məktəbin və təhsil sisteminin yaradılması gələcək nəsilləri humanizm ruhunda yetişdirməyə kömək edəcək.
Qeyd etmək lazımdır ki, təhsildən savayı o, din sahəsinə böyük diqqət yetirirdi. Belə ki, Komenski hesab edirdi ki, insanları daimi həyata hazırlamaq çox vacib bir məsələdir.
Təhsil aləmində Yan Komenski individual tədrisi, sinif-dərs tədrisi sisteminə dəyişib. Komenski təhsilin keyfiyyəti naminə müəyyən olunmuş planın və müvafiq təşkilatın olması haqqında nəzəriyyə irəli sürüb. O, uşaqların 6 yaşından təhsilə cəlb olunmasını və həmçinin müntəzəm şəkildə təhsil müəssisəsinə getməyini, şagirdlərin bilik səviyyəsinin ölçülməsi tədbirlərinin həyata keçirilməsini təkid edib.
Sinif- dərs sistemi aşağıdaki prinsiplərə əsaslanırdı:
* Ana məktəb (6 yaşına qədər olan uşaqları analar tərbiyə edir);
* 6 yaşdan 12 yaşına kimi ana dilinin öyrənilməsi məktəbi ( dəqiq elmlərin, müqəddəs kitabların öyrənilməsi);
* Böyük şəhərlərdə istedadlı uşaqların təhsilini gimnaziyalarda davam etdirmək istəyini oyandırmaq;
* Hər bir ölkədə 18 yaşından 24 yaşına kimi gənclərin ali təhsil ala biləcəkləri akademiyaların yaradılması.
Komenskinin yenilikçi ideyaları hazırda müasir təhsil sistemində əksini tapmışdır.
2. Benjamin Spok (1903-1998)
Məşhur amerikan pediatoru Benjamin Spok “Uşaq və ona qulluq" kitabından sonra böyük şöhrətə nail olmuşdu. Bu kitab qısa müddətdə uşaq dilinə tərcümə olunmuşdu.
Maraqlı bir faktdır ki, ingilis dilində kitabın satış tirajı 50 milyona çatmışdı.
Valideynlərə müraciət edərək Spok bu fikirləri irəli sürmüşdü: “Siz təssəvvür etdiyinizdən artıq bilirsiniz". O, uşaqların ehtiyacını başa düşmək üçün psixoanaliz elmini öyrənməklə məşğul olan ilk pediatr həkim olub.
Onun təməl ideyalarının köməyi ilə milyonlarla valideyn doğma körpələrinə yanaşma tərzini öyrəniblər. Benjamin Spok valideynlərə xəbərdarlıq edib ki, uşaqlar kitabda yazılan kimi reaksiya göstərmədikləri zaman təşvişə düşməyin. O, uşaqları başa düşərək onlara yaxınlaşmağı məsləhət görürdü. Bundan başqa, Spok qeyd edirdi ki, uşaq yaşlarında istənilən şəxsiyyətin susdurulması gələcəkdə həmin uşaqların nevroz xəstəliyi riski ilə üz-üzə qalması deməkdir.
Spok qeyd etmişdir ki, uşağı necə var, o cür sevmək lazımdır. Ümumilikdə tərbiyə uşağa göstərilən hisslərdən və mənəvi prinsiplərdən asılıdır.
Bu üsulla Spok təhsil sistemində uşaqların tərbiyəsi ilə əlaqəli çevriliş həyata keçirmişdi. O, valideynlərin ilk növbədə uşaqlarını sevməyi, onlara səmimi qayğı göstərməyi və əsassız qadağalardan qaçmağı məsləhət görürdü.
3. Karl Rocers (1902-1987)
Amerikalı psixoloq Karl Rocers humanist psixologiya tərəfdarı idi.
Rocers əminliklə bildirirdi ki, bütün insanların özləri arasında iti tələbat mövcüddur. O hesab edirdi ki, insanlarda problemin yaranması onların özlərinin həqiqi imkanlarını həyata keçirmək əvəzinə ətraf mühitin fikirlərini razı salmağa çalışmasından irəli gəlir.
Rocers prinsipləri:
1. Ən əsası pozitiv münasibətdir. Bu kimi münasibət insanın necə var o cür qalmasını və başqa insanlara təmənnasız köməklik göstərməsini təmin edir.
2. Şəxsiyyətlərarası anlaşma.
3. Obyektiv anlama. Bu, sosial səviyyədə baş verir.
4. Təcrübə sahəsi. Təcrübə sahəsi hər bir insanın ayrı-ayrılıqda subyektiv reallıqlarını təqdim edir. Bu, insanın obyektiv reallıqdan uzaq olan şəxsi dünyasıdır.
5. Fəaliyyət göstərən şəxsiyyət. Bu halda insan ayıq şəkildə özünün “mən" həqiqətini qiymətləndirməsinə imkan verir. O, öz intuisiyalarına və toplanmış təcrübəsinə inanır.
6. Subyektiv anlayış. Belə bir anlayış şəxsiyyətə başqa insanı nə qədər sevib sevmədiyini başa düşmək imkanını verir.
4. Tomas Qordan (1918-2002)
Tomas Qordana məşhurluq gətirən onun “Effektiv valideynin təlimi" kitabı olub. O, Amerika Psixoloqlar Assosiasiyasının üzvü olub və uşaqlara aid konfranslarda iştirak edib.
Qordanın təhsil və uşaqların tərbiyəsi sisteminə baxışı tam fərqli olub. O qeyd edib ki, valideynlər və uşaqlar məhəbbətə və qarşılıqlı hörmətə köklənən isti və dostluq münasibətləri qurmalıdırlar.
Tomas belə bir nəzəriyyə irəli sürmüşdü ki, yeniyetmələr ata və analarına qarşı çıxmaqdan çox onların qoyduğu qadağalardan xilas olmağa çalışır.
Məhz bu səbəbdən o, valideyn və uşaqlar arasında kompromisi aydınlaşdırmaq məqsədi ilə xüsusi proqram hazırlamışdı.
Nəzəriyyə üç əsas prinsiplərə əsaslanır:
1. Aktiv dinləmə - heç bir düzəliş vermədən həmsöhbətimizə qulaq asmaq.
2. “Mən - fikrini izah etmək" şəxsiyyətə öz hissləri haqqında danışmaq imkanını verir.
3. İstənilən münaqişələri dialoq yolu ilə həll etmək.
Qordan öz kitablarında, həmçinin insanların başqalarının hisslərini başa düşmək qabiliyyətinə sahib olduğu zaman, çətin zamanlarda köməkçi və məsləhətçi səlahiyyətini qazana biləcəyini vurğulayıb.
Bu yolla fəaliyyət göstərən şəxs insanlarla rahat ünsiyyət qura biləcək, şəxsi problemlərini həll edə biləcək və həyatını yaxşılığa doğru dəyişə biləcək.
Könül Cavid, “İki sahil"