Qoji giləmeyvəsi "qurd üzümü" adı ilə bilinən bitki olub, tərkibindəki vitamin və minerallar sayəsində bütün dünyada diqqəti cəlb edən meyvədir.
Qoji giləmeyvəsi Vətəni Tibet olan kiçik qırmızı rəngli yumşaq meyvədir. Qoji giləmeyvəsi min yeddi yüz il ərzində Tibetdə yetişdirilmiş, bütün dünyaya isə son illərdə gətirilmiş bir meyvədir.
Polisakaridlər və güclü antioksidantlar sayəsində sərbəst radikalların və erkən yaşlanma ilə əlaqədar zərərin qarşısını alır. C vitamini ilə zəngin olduğu üçün ən təsirli antioksidanlardan biri kimi tanınır.
Qoji giləmeyvəsinin faydaları
*İmmunitet sistemini gücləndirir.
*Vitaminlər sayəsində orqanizmi qrip virusuna qarşı qoruyur.
*Yaşlanma əleyhinə təsir göstərir və sərbəst radikallarla dəri yaşlanmasını azaldır.
*Yüksək dozada antioksidant ehtiva edir və hüceyrələri zəhərli maddələrdən qoruyur.
*Göz və dəri sağlamlığı üçün mükəmməldir.
*Pəhriz və artıq çəki atma prosesini dəstəkləyir.
*Yüksək lif tərkibi ilə yanaşı, sağlam qidalanmaya yardımçı olur.
*İnsülin müqavimətini balanslaşdırır.
*Yuxu keyfiyyətini artırır.
*Stress və yorğunluq kimi problemləri azaldır.
*Anksiyet və depressiyadan qorunmağa kömək edir.
*Həzm sistemi üçün yaxşıdır.
*Xolesterol səviyyəsini tənzimləyir.
Röya Rasimqızı