28 fevral 2019 11:14
1696

Zebraların dərisindəki xətlərin sirri

Araşdırma zamanı zebraların dərisinin üzərindəki zolaqlı xətlərin milçəklərin yoluxdurduğu ölümcül xəstəliklərə qarşı maneə törətdiyi məlum olub.

Bristol Universitetində aparılan araşdırma zamanı atların üzərinə də  zebralarda olduğu kimi xətli və tək rəngli örtüklər salınıb.

Tədqiqat heyətinin rəhbəri professor Tim Karonun sözlərinə görə, heyvanlara yaxınlaşan milçəklərin sayında fərq nəzərə çarpmayıb.

Lakin milçəklərin əksəriyyətinin zebra naxışlı atlara yaxınlaşdığı, sonra hərəkətlərində zəifliyin nəzərə çarpdığı aşkar olunub. Bəzilərinin də son anda ata yaxınlaşmaqdan vaz keçib uçmağa davam etdiyi məlum olub.

Xətlər uzaqdan milçəklərin qarşısını almasa da  zebra naxışlı atlara qonan milçəklərin sayı digərlərindən az olub.

Ən güclü nəzəriyyə

Elm adamları təxminən 150 ildir ki, Çarlz Darvin dövründən sonra zebraların xətləri haqqındakı suallara cavab axtarırlar.

İndiyə qədər müxtəlif arqumentlər irəli sürülmüşdür.

Bunlara heyvanların bədən istiliyinin tənzimlənməsi, yırtıcılara qarşı qorunma və hətta fərdi tanınma kimi bir ictimai funksiya daxil edilib.

Professor Karo və araşdırmaya qatılan bioloqların əksəriyyəti xətlərin yeganə funksiyasının milçəklərlə əlaqəli olduğunu qəbul edib.

Afrikalı at miçəkləri hər il minlərlə insanın ölümünə səbəb olan, xüsusilə Latın Amerikasında minlərlə insanın ölümünə yol açan Rodosiya yuxu xəstəliyi və Afrika atı xəstəliyi kimi xəstəliklərə səbəb olur, bu da əzələlərin məhv olması ilə ölümə səbəb ola bilər.

Nəticələr insanları da milçəklərdən qoruya bilər

Bu araşdırmaların nəticələrinin insanlar üçün faydalı ola biləcəyini deyən araşdırma rəhbəri xətli paltar geyinən qrup nümayəndələrinin digərlərinə nisbətən daha az milçək hücumuna məruz qaldığını bildirib.

Röya Rasimqızı