29 mart 2019 10:57
3802

Yer üzündə 5 saniyə oksigen olmasa nə baş verər?

Təssəvvür edin ki, Yer üzündə oksigen bir anlıq yox olur, cəmi 5 saniyəyə.  Bəs belə bir şey olsa atmosferdə nələr baş verər? Planetin taleyi necə olar?

Biz oksigen ilə nəfəs alırıq. Atmosferin təxminən 21 %-i oksigendən, 78 faizi azotdan, qalan hissəsi  isə başqa qazlardan ibarətdir. Oksigen atmosferdə məhşur qazlardan olmasa da, lakin o ən vacib olandır. Oksigensiz bitkilər, insanlar və su belə olmazdı. Bu gün planetimizdə mövcud nə varsa, hamısı oksigenin hesabınadır.

Beş saniyə sizin üçün çox az bir müddət kimi görsənə bilər. İnsanların əksəriyyəti 30 saniyə ərzində nəfəslərini rahatlıqla saxlaya bilirlər. Belə bir az müddət orqanizmimiz üçün  bir o qədər də əhəmiyyətli olmaya bilər. Bəs belə bir az müddət başqa şeylərə əhəmiyyətsiz ola bilərmi?

Günəş şüaları altında istirahət edərkən siz güclü günəş yanığına məruz qala bilərsiniz. Bizi ultrabənövşəyi şüalardan qoruyan azon təbəqəsi oksigendən ibarətdir. Bu təbəqə olmasa günəş həddindən artıq təhlükəli olar.

Demək olar ki, bütün canlı varlıqların daxili qulağı sözün əsl mənasında paramparça olar. Oksigenin itirilməsi atmosfer təzyiqinin 21 faizinin itirilməsi deməkdir.

Oksigensiz atəş olmaz. Buna görə yanacaqla təchiz edilmiş hər hansı bir vasitə bu prosesi mexaniki enerjiyə çevirmək üçün yanacaq yandıra bilməz. Təyyarələr qəzaya uğrayar və milyonlarca avtomobil yolda qalar.

Gündüz vaxtı hava daha tünd olar. Yer səthinə yaxınlaşdıqda işıq atmosferdə olan zərrəciklərin hesabına aydınlanır. Oksigensiz havada zərrəciklərin sayı azalacaq və günəşli havada səma tünd rəngdə olacaq.

Əgər oksigen 5 saniyə ərzində bütün Yer üzündən yox olsa, Yer üzü təbii fəlakətlər dəyişikliyinə məruz qalar. Oksigensiz  beton ilə tikilmiş binalar ilə vidalaşmış olarıq, çünki belə bir tikili həmin dəqiqə darmadağın olar. Oksigensiz beton və şüşə parçalar toza çevrilər.

İstənilən işlənməmiş metal yapışqan halına çevrilər. Bütün bunlar ona görədir ki, metal oksigen ilə təmasda oksid təbəqəsini yaradır. Bu təbəqə olmadan metal sözün əsl mənasında əyilər və yapışqana çevrilər.

Oksigensiz bütün okeanlar hidrogen qazına çevrilər və nəticədə hidrogen qasırğaları başlayar. Bundan başqa, su orqanizmin bir çox hissələrində mövcuddur və belə olduqda insan bədənində olan su buxara çevrilər.

Lakin ən əsası bütün dağ süxurları və  Yer kürəsi bütövlükdə toz halına çevrilər. Belə ki, Yer kürəsinin 45 faizi oksigendən ibarətdir. Hətta adi qum dənəsi ən xırda hissəciyə çevrilər.

Buna görə də oksigenin ən vacib kimyəvi element olduğunu yaddan çıxarmaq lazım deyil. Məhz bu elementin hesabına həyat mövcuddur.

Könül Cavid, “İki sahil"