01 aprel 2019 10:20
2238

İlıq su içməyin faydaları

Sağlam həyatın vacib elementlərindən biri olan suyu necə içdiyiniz də çox vacibdir. Mütəxəssislər isti və ya soyuqdan çox ilıq su istehlak etməyin daha doğru olduğunu söyləyirlər.

İlıq su içmək həzmi asanlaşdırır

İlıq su mədədəki qidaları asanlıqla əridir, orqanizm tərəfindən mənimsənilməsinə yardımçı olur və beləliklə, həzm sistemini rahatlaşdırır.

Qəbizliyi azaldır

İlıq su içmək, bağırsaqları rahatlaşdıraraq içərisindəki zərərli maddələrin çıxarılmasına kömək edir.

İlıq suyun sakitləşdirici təsiri var

İçməli ilıq su mərkəzi sinir sistemini sakitləşdirir. Əgər əzələ və əzələlərlə bağlı digər ağrılardan əziyyət çəkirsinizsə, sinir sisteminizi sakitləşdirmək üçün ilıq su içməklə ağrılardan xilas ola bilərsiniz.

Maddələr mübadiləsini sürətləndirir

İlıq su həm də maddələr mübadiləsinin sürətlənməsinə, artıq çəkinin atılmasına kömək edir.

Yatmazdan öncə gecə bir stəkan isti su içmək, sağlam yatmağınıza kömək edəcək.

Bədəndə toksinləri aradan qaldırmağa, dəri hüceyrələrini bərpa etməyə kömək edir. Bu xüsusiyyət yaşlanmanı gecikdirir.

Röya Rasimqızı, “İki sahil”