07 iyun 2019 16:30
184

12 yaşlı xilaskar: Balaca bir qızın suda çabaladığını gördüm - VİDEO

Quba rayon Cimi kəndinin VI sinif şagirdi Dəyanət İsrafilovun həmkəndlisi 4 yaşlı Qızbikəni çayda boğulmaqdan xilas etməsi böyük maraqla qarşılanıb.

"İki sahil" xəbər verir ki, "Qafqazinfo"nun əməkdaşları sözügedən kənddə olub və 12 yaşlı xilaskarı danışdırıb. D. İsrafilov qeyd edib ki, hadisə baş verən zaman çaya balıq tutmağa gedib: "Bu zaman balaca bir qızın suda çabaladığını gördüm. Onu sudan çıxartdım. Nənəsi dedi ki, yanında oğlan uşağı da olub. Həmin uşağı da yolun kənarından tapdılar. Qızın barmaqları göyərmişdi, yanaqları isə şişmişdi".

Videoda Dəyanətlə yanaşı anası Balaxanım İsrafilova da sevincini bölüşüb.