Gözəl görünmək naminə bədənimizin bütün ağırlığını daşıyan ayaqlarımızın sağlamlığına laqeyd yanaşmamalıyıq.
Kişilər üçün avtomobillərdən və motorun gücü, amartizator kimi avtomobil hissələrindən danışmağın çox təbii olduğunu hamımız bilirik. Ayaqlarımızda da eynən avtomobillərdəki amortizatorların funksiyalarını yerinə yetirən sümüklər var. Ayaq birinci daraq sümüyünün barmaqla meydana gətirdiyi oynağın dərhal altında iştirak edən və “metatarsal sesamoid” adı verilən paxla dənəsi böyüklüyündəki bu iki kiçik sümük, yerimə zamanı ayağın baş barmağını itələmə qüvvəsini artırmaq vəzifəsi yerinə yetirir.
Bəs “metatarsal sesamoid”lərin varlığından nə zaman xəbərdar olarıq? Uzun müddət ayaq üstə dayanan zaman, ya da yol gedərkən ayaqlarımızda yüngül bir şişliklə ortaya çıxan ağrılar, bu sümüklərdə problemin olmasının xəbərçisidir. Bu ağrılar ümumiyyətlə birinci daraq sümüyünün barmaqla oynağın birləşdiyi hissənin altında hiss olunur. Barmaqda geriyə doğru olan hərəkət məhdudluğu da xəstənin ağrıdan ötəri bu oynağı daha az hərəkət etdirmə istəyi səbəbi ilə yaşanır.
Hündürdaban və sivri ucludursa diqqət!
Sesamoid ağrısı xüsusilə qadınlarda uyğun olmayan ayaqqabı seçimi səbəbindən meydana çıxır. Əlavə olaraq, erkən yaşlarda idman fəaliyyəti zamanı yaranan travmalar, uzun müddət ayaq üstə durmaq, qəfil zədələr də bu ağrılara səbəb olur. Fiziki cəhətdən ayaq quruluşuna malik olanlarda 1-ci daraq sümüyünün əyri strukturu səbəbindən sesamoid ağrısı tez-tez müşahidə edilir.
Qorunmağın ən mühüm yolu: düzgün ayaqqabı seçimi
Sesamoid problemlərindən qorunmaq üçün ilk yol uyğun ayaqqabı seçməkdir. Hündürdaban və iti burunlu ayaqqabılar yalnız xüsusi hallarda və məhdud vaxt müddəti üçün seçilməlidir. Eyni ayaqqabıları uzun müddət istifadə etmək də daban hissəsinə təzyiq göstərərək sesamoid ağrılarına səbəb ola bilir. Daban hissəsi kifayət qədər yumşaq və gəzinti üçün rahat olan ayaqqabılardan istifadə etmək daha məsləhətlidir. Xüsusilə əyri ayaq quruluşu və artıq çəki problemləri olan insanlar bu təkliflərə daha çox diqqət yetirməlidirlər.
Cərrahi üsula ehtiyac ola bilər
Sesamoid ağrıları sesamoid kapsulda (Sesamoiditis) bəzən sümük aşınması və sesamoid çatlamalarda reaksiyalara səbəb ola bilər. Sesamoidit adlı xəstəliyin ağrıya səbəb olduğu bölgələrdə ağrıların aradan qaldırılması üçün aparılan müalicənin ilk üç addımı düzgün ayaqqabıların istifadə edilməsini təmin etmək, gündəlik ayaq üstə durma müddətini müvəqqəti olaraq məhdudlaşdırmaq və artıq çəkidən qurtulmaqdır.
Bəzi xəstələrdə sesamoid ağrıların azaldılması üçün ayaqqabıların içində silikon yastıqlardan istifadə edilə bilər. Ağrılar şiddətli olduqda xəstəyə ağrıkəsici dərman verilir. Bu müalicələrdən qeyri-kafi bir fayda olması vəziyyətində, ağrı müşahidə edilən bölgəyə tətbiq edilən tibbi müdaxilə reaksiyanın böyük bir miqdarının azalmasını təmin edir. Daha qabaqcıl hallarda reaksiya aradan qaldırılması və ya bölgədən problemli sümüyü çıxarmaq üçün açıq və ya endoskopik cərrahiyyə üsulları istifadə edilə bilər.
Röya Rasimqızı, “İki sahil”