Yazın gəlişi ilə birlikdə orqanizmimizdəki zərərli maddələri detoksla necə kənarlaşdırırıqsa, zehnimizi də zehin detoksu ilə tərtəmiz və gümrah bir vəziyyətə gətirə bilərik. Bəs zehni detoks necə edilir?
Hər vəziyyəti qəbul edin
Həyatımızda yaşadığımız ayrılıqlar, ölümlər, xəstəliklər bizi dərindən depressiyaya uğrada bilər. Çox əzab çəkmiş olsaq da, bu matəm müddətinin bitməsi və ardından bu vəziyyəti qəbul etməyimiz həyatımıza sağlam bir ruh halı ilə davam edə bilməyimiz üçün çox vacibdir.
Bağışlayın...
Kim keçmişi ilə yaşamaq istəyər ki? Qəbul etdikdən sonra bağışlamaq var. Keçmişdə sizi üzən bir çox insan ola bilər, onları mütləq bağışlayın. Sizə özünüzü pis hiss etdirən əşyalar və fotoşəkillər varsa, onlardan qurtulun. Keçmişinizlə barışdıqda, uzun müddətdir fərqində olmadığınız zehni yüklərinizdə yüngülləşdiyinizi hiss edəcəksiniz.
Mənfi fikirləri həyatınızdan çıxarın
Mənfi bir düşüncəyə qapıldığınız zaman bunun fərqinə varın. Xüsusilə də seçdiyiniz sözlərə kəlmələrə diqqət edin. Mənfi sözləri lüğətinizdən çıxarın. Həyatınızdakı hər şeyin pisləşdiyi ümumiləşdirməsindən çəkinin.
Dəyişimə başlayın
Dəyişmə yönündə atdığınız kiçik addım belə həyatınızı dəyişəcək. Evinizdə olan və sizə yaxşı enerji verməyən əşyaları dəyişərək işə başlaya bilərsiniz. Hər gün dəfələrlə baxdığınız telefon və kompyuterinizin ekranına daha motivasiyaverici şəkillər yerləşdirin.
Sevdiyiniz rənglər ilə bu dəyişimi başladın
Rənglərin gücü həyatınızda böyük təsir yaradacaqdır. Paltarlarınızda, evinizin dizaynında və hətta saçınızda bu rəngləri istifadə edərək həyatınıza müsbət təsirlər əlavə edə bilərsiniz.
Tragedik ssenarilər yazmayın
Davamlı pis hadisələr haqqında düşünüb beynimizdə tragedik ssenarilər yazmaq bəlkə də zehnimizə və özümüzə etdiyimiz ən böyük pisliklərdən biridir. Ola biləcək ən pis ehtimalları düşünərək nə əldə edə bilərsiniz ki? Keçmişdə sizi belə düşündürən ancaq gerçəkləşməyən ya da gerçəkləşsə belə öhdəsindən gələ bildiyiniz hadisələr haqqında düşünün və tragedik ssenarilərin təsirini həyatınızdan çıxarın.
Özünüzü günahlandırmaqdan vaz keçin
Hamımız səhvlər edir, əksikliklər sərgiləyirik ancaq bu hər hadisədə özümüzü günahlandırmalıyıq demək deyil. Bu, səhvlərinizin və əksik yönlərinizin fərqinə varıb bu zəiflikləri gücləndirmək və səhvlərinizdən ibrət götürməyinizə yardımçı olacaq.
Müsbət yönlərinizi kəşf edin
Mənfi yönlərinizi görməkdən əl keçib müsbət yönlərinizlə fəxr etməyə başlayın. Nailiyyətlərinizi xarici səbəblərə əlaqələndirməyin. Özünüzü dəyərləndirməsəniz, başqalarının bunu etməsini gözləməyin.
Yaxşı, ya da pis düşüncələrdən uzaq durun
Heç bir şey tam olaraq yaxşı, ya da pis olaraq dəyərləndirilə bilməz. Həyatda daima ağ və ya qara arasındakı çalarlar da olur. Həm özünüzü, həm də başqalarını və hadisələri bu yanaşma ilə dəyərləndirsəniz, vəziyyəti daha asan qəbul edə biləcək və münasibətlərinizdə böyük avantaj qazanmış olacaqsınız.
Xəyallarınızı və hədəflərinizi planlaşdırın
Əgər bir xəyalınız və məqsədiniz yoxdursa özünüzü çuxurda hiss edə bilərsiniz. Hər insanın bir xəyalı və məqsədi vardır, lakin çox vaxt bunun fərqində olmur. Xəyal qurmaqdan çəkinməyin, qarşınıza hədəf qoyun və bunu beyninizdə canlandırın. Beynin işləmə metodu inandıqlarınızı gerçəkləşdirmək yönündə proqramlaşdırılıb. Başqa bir sözlə desək, siz xoşbəxt bir şəkildə xəyallar qurduqca, bir mənada o xoşbəxtliyi həyatınıza cəlb etmiş olacaqsınız.
Röya Rasimqızı, “İki sahil”