Misirli alimlər bu yaxınlarda 3 min il yaşı olan, bir qadına məxsus qəbiri açıblar.
Alimlər 4 min illik qəbiri canlı yayımda açmağa hazırlaşırlar.
Misir hökuməti Ərəb Baharından sonra zəifləyən turizmi canlandırmaq üçün son dövrlər Qədim Misirə aid sərdabələr üzərində işləri artırıb.
Ehtimal edilir ki, canlı yayımda açılacaq 4 min illik qəbir fironlardan birinə aiddir. Qəbirin açılması 2 saat davam edəcək və canlı yayımı bütün dünya izləyəcək.