06 aprel 2019 21:03
2620

Hər gün yediyimiz bitkilər ilk dəfə harda yetişdirilib?

Hər gün istifadə etdiyimiz dənli bitkilər, tərəvəzlərin vətəninin hara olduğunu bilirsinizmi?

"İki sahil" foodinfo.az-a istinadən bu qidaların vətənləri haqqında maraqlı məlumat təqdim edir:

Kələm: Vətən məlum deyil, ilk dəfə yabanı nümunələr Cənubi Avropada tapılıb.

İspanaq: Vətəni Qafqaz, İran, Əfqanıstan və Türkmənistandır.

Soğan: Vətən Cənub-Şərqi Asiyadır.

Mərcimək: Vətən, Aralıq dənizinin hövzəsidir.

Balqabaq: Vətəninin Şimali Amerika olduğu düşünülür.

Yerkökü: Vətəni Asiya, Avropa və Şimali Afrikadır.

Göbələk: Yunan və Romalılar tarixi mədəniyyəti dövrünə təsadüf edir.

Xiyar: Vətən Hindistan və Uzaq şərqdir.

Sarımsaq: Vətəni Asiyadır.

Noxud: Aralıq dənizi hövzəsi vətəndir.

Soya: Çin və Yaponiyada ən az 3 min il əvvəl yetişdirilib.

Qarğıdalı: Vətəni Cənubi Amerikadır. Oradan dənizçilər tərəfindən Avropaya, Afrikaya, Çinə gətirilib və sonra bütün dünyada yayılıb.

Brokoli: Vətəni Çindir.