Bu ilin yanvar-fevral aylarında Azərbaycan Ukraynadan 6,85 min ton dondurulmuş mal əti idxal edib.
Ukraynanın Dövlət Gömrük Xidmətinin yaydığı məlumata görə, bu, ölkənin ümumi dondurulmuş mal əti ixracının 26,4 faizinə bərabərdir.
Qeyd edək ki, Ukrayna bu ilin 2 ayında 79,4 milyon ABŞ dolları dəyərində 25,9 min ton dondurulmuş mal əti ixrac edib. Bu ölkədən bu adda məhsul idxal edən əsas ölkələr arasında Qazaxıstan (6,6 min ton və yaxud 25,5 faiz) və Belarus (4,77 min ton və yaxud 18,4 faiz) da var. (Report)