Unutmayın ki, döşlərin sallanması yalnız yaşla bağlı olan problem deyil. Bəzi yanlış seçimlər və pis vərdişlər də sinə dərisinin sallanmasına səbəb olur. Bu problemlə gənc yaşda da qarşılaşmaq mümkündür.
"İki sahil"in Publika.az-a istinadən təqdim etdiyi məsləhətlərinə əməl edərək daim ideal görünə bilərsiniz:
Yanlış büstqalter geyinmək döşlərin formasının itməsinə gətirib çıxara bilər. Statistika göstərir ki, hər 10 qadından yalnız 1-i bədən quruluşuna və çəkisinə uyğun olan büstqalter seçir.
Araşdırmalar sübut edib ki, heç vaxt büstqalterdən istifadə etməyən qadınların döşləri ondan istifadə edənlərə nisbətən daha az sallanır.
Yay aylarında sinə dekolteli libaslar geyindikdə və ya gün vannası qəbul etdikdə mütləq günəşdən qoruyucu krem çəkilməlidir. Çünki günəşin zərərli şüaları sinə dərisinin tez qocalmasına səbəb olur. Bu da döşlərin sallanması ilə nəticələnir.
Araşdırmalar göstərib ki, siqaret çəkmək döşlərin sallanmasına səbəb olur. Siqaret dərini təravətli və gənc göstərən “elastin” maddəsinə zərər vurur. Bu, dərini tez yaşlandıran nüanslardan biridir.
Qısa müddətdə 5 kilodan artıq arıqladan, sağlamlığa zərər verən pəhrizlər də döşlərin sallanmasına səbəb ola bilər. Döşlər əsasən yağ toxumalarından ibarət olduğu üçün arıqlayarkən onlar əriyir və döş sallanır.
Su içmək təkcə sağlamlıq üçün deyil, həm də gözəl qalmaq üçün vacibdir. Kifayət qədər su içmədikdə dəriniz təravətini itirəcək, döşlər sallanacaq, olduğunuzdan daha yaşlı görünəcəksiniz.