"Dünyada münaqişələr nəticəsində insanlar əziyyət çəkir. Burada informasiya terroru da rol oynayır".
Bunu Azərbaycan Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.
"Silahlar bizdən daha çox danışır. Azərbaycan dialoq qurulması istiqamətində təşəbbüsləri dəstəkləyir. Qlobal təhlükəsizliyə olan təhdidlərə qarşı gücümüzü birləşdirə, bir sıra layihələrə imza ata bilərik" - deyə B.Muradova qeyd edib.
B.Muradova Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması dialoq qurulması istiqamətində atılan addımlara töhvə verəcəyini bildirib.
Parlament Azərbaycanla Ruanda arasında hava əlaqəsinin qurulmasına dair sazişi ratifikasiya edib
Milli Məclis kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulmanı ratifikasiya edib
Deputatlar Prezident İlham Əliyevin amnistiya elan edilməsi təşəbbüsünü dəstəkləyib