Mövsümün gəlişi ilə qida zəhərlənməsinin daha tez-tez müşahidə olunması danılmaz bir faktdır. Bu cür zəhərlənmənin “toruna “ düşən isə əsasən azyaşlılar, immun sistemi zəif olan insanlar olur. Səbəbindən asılı olaraq qida zəhərlənmələrinin fəsadları da özünü müxtəlif şəkildə büruzə verir.
Nə zaman qida zəhərlənməsi baş verir?
Bu tipli zəhərlənmələrə bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması nəticəsində həmin qidanın istifadəsi zamanı baş verir. Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Havanın istiliyi çox olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Zəhərlənmə əsas səbəbləri qida məhsullarının düzgün saxlanılmaması ilə bağlıdır. Soyuq zəncirin pozulması, istehsal tarixi ötmüş malların qəbulu, dondurma, müəyyən ət məhsulları, məsələn, dönər kimi qidaların yay zamanı saxlanılma müddəti çox az olur. Eyni zamanda, məhsulların düzgün şəraitdə saxlanılmaması qida zəhərlənmələrinə yol açır. Yay aylarında qarpızdan zəhərlənmələr çox aktuallıq kəsb edir. Qida zəhərlənməsi zamanı xəstənin üzünün və bədəninin dərisi solğunlaşır, dili ağ ərplə örtülür. Zəhərlənmə əsasən xarab qidanın qəbulundan 2-24 saat sonra baş verir. İkin əlamətləri isə təkrarlanan qusma, əziyyətli ürəkbulanma, güclü ishal. Xəstəlik 1-3 gün davam edir, əlamətlər yavaş-yavaş azalır. Zəhərlənmədən bir müddət sonra zəiflik, qarında sancılar, köp ola bilər.
Zəhərlənmə zamanı nə etməli?
Həkimə müraciət edənə qədər su qəbul edərək, qusmağa çalışmaq lazımdır. Eyni zamanda, mədə-bağırsaq yuyulmalı yəni çoxlu miqdarda sodalı ya marqanisli su içməlidir. Əgər bu mümkün olmazsa, hər 10 kq bədən çəkisinə 1 tablet olmaqla kömür dərman vasitəsini əzib 1 stəkan suya qatıb içmək lazımdır. Bunu içməklə toksinlərin qana keçməsinin və zəhərlənmənin inkişafının qarşısı alınır. Lakin artıq zəhərlənmə inkişaf edibsə, onu ev şəraitində müalicə etmək məsləhət deyil. Çünki çox pis ağırlaşmalar baş verə bilər. Təzyiq düşməsi, infeksion toksiki, xəstə şok keçirə bilər. Qida zəhərlənməsi keçirən bir xəstə həkimə müraciət etməzdən öncə bəzi hərəkətləri etməlidir. Qida zəhərlənməsində xəstələrdə ishal və qusmanın nəticəsində su itkisi yaranır, bu mayenin yerinə qoyulması gərəklidir. Bu səbəbdən ən əsas məqsəd maye qəbul etməkdir. Çay içilməsi də mümkündür. Bundan əlavə, bəzi müalicə üsulları da var. Mədənin ilıq, qaynadılmış su və yaxud 2 faizli çay sodası məhlulu ilə yuyulması lazımdır. Xəstəlik müddəti boyunca çox miqdarda suyun qəbul olunması. Orqanizmin rehidratasiyası məqsədilə ev şəraitində məhlul hazırlamaq olar. Bunun üçün bir litr ilıq qaynadılmış suya 1 çay qaşığı xörək duzu, 1 çay qaşığı çay sodası və 2 xörək qaşığı şəkər tozu qatmaq lazımdır. Qəbul edilən mayenin ümumi miqdarı 2-3 litrdən az olmamalıdır. İlk günlərdə qida qəbulunun məhdudlaşdırılması, asan həzm olunan qidaların az-az, lakin tez-tez yeyilməlidir. Tanımadığınız yerlərdən: küçədə satılan dönər və başqa tezbazar yeməklərdən, restoranlarda yeməklərdən, günün altında qalan ərzaqlardan, vaxtı keçmiş ərzaqlardan, kanservant yeməklərdən və s. bu kimi ziyanlı qidalardan uzaq durun.
Nə zaman həkimə gedilməlidir?
- 2 gündür qaytarırsınızsa
- 3 gündür ishalsınızsa
- Qanlı qusursunuzsa
- Kriz keçirisinizsə
- Diliniz dolanırsa
- Əhvalınız dəyişərsə
- Tənəffüsün birdən-birə pozulması və əzələ zəifliyi
- Qan qarışıqlı güclü ishal, yüksək qızdırma
- Uşaqların və hamilə qadınların zəhərlənməsi
- Uzun müddət davam edən sulu ishal və orqanizmin susuzlaşması.
Yaqut Ağaşahqızı, “İki sahil”
BDU-da XXV “Çin dili körpüsü” Beynəlxalq müsabiqəsinin Azərbaycan üzrə final mərhələsi keçirilib
BDU-da Özbəkistanın Səmərqənd Dövlət Memarlıq və İnşaat Universitetinin nümayəndə heyəti ilə görüş