"Azərbaycanda fermerlərə subsidiya verilməsi ilə bağlı mexanizmi insan amili olmadan formalaşdırmaq istəyirik." Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
"Hazırda yeni mexanizm üzərində iş gedir. Məqsədimiz bu işi şəffaf və elektron qaydada təşkil etməkdir", - deyə o qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Fərman gələn ildən subsidiyaların fermerlərə vahid mexanizm vasitəsilə çatdırılmasını nəzərdə tutur.
“Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhər inkişafı” mövzusunda panel sessiya keçirilib
“İnsan kapitalına və gələcəyin bacarıqlarına investisiya” mövzusunda panel sessiya keçirilib
Nazir: Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi artıq real nəticələr verir