04 sentyabr 2019 10:59
602

“Elektron məhkəmə” islahatlarına dair müzakirə aparılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planı müzakirə olunub. İnzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılması, aidiyyəti qurumlarla inteqrasiyasının təşkili, elektron sistemin imkanlarının genişləndirilməsi əsas müzakirə mövzusu olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı açılış nitqi zamanı bildirib ki, məhkəmə sistemi sahəsində islahatlarla bağlı İcra və Kommunikasiya Planına əsasən hədəf “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” layihəsinin hazırlanmasıdır. Həmçinin İcra və Kommunikasiya Planı üzrə təyin olunan orqan və qurumlar mərhələlərlə ”Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya olunacaq. Vüsal Qasımlı Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına istinadən əlavə edib ki, müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları daha da genişləndirilməli, məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalı, məhkəmə icraatının effektivliyi yüksəldilməli, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir.

  Məhkəmə sistemi sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün nəzərdə tutulan İcra və Kommunikasiya Planının müzakirəsində İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, KOB İnkişaf Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası,  “Ekvita” şirkəti, “PricewaterhouseCoopers Azerbaijan” şirkəti, “BM Morrison Partners” şirkəti, “Ekvita”, “KPMG Azerbaijan Ltd”, “Deloitte Azerbaijan”, “Azərbaycanda Amerika Ticarət Palatası” ictimai birliyii, “MGB Law Offices”,  “BM Morrison Partners”, “Dentons Azerbaijan”, "Bakı Hüquq Mərkəzi", "Adrem Attorneys Hüquq" Şirkətinin nümayəndələri iştirak edib.