“Dəniz havası güclü zəhərdir, öldürücü qazdır”
“Dənizdən gələn iy hidrogen sulfid qazının iyidir. Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burunu sulandırır, yuxululuq törədir və s”.
Publika.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, iddia edib ki, dəniz havası düşünüldüyü qədər xeyirli deyil:
“Hidrogen sulfid qazı dənizdə yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yedikdən sonra buraxdığı qazlardır. Məişətdə bu qazın iyi kanalizasiyadan da gəlir, eyni qazdır. Dəniz havasının yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir, dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Daha oksigenli – yaşıllıq olan ərazilərdə gəzmək daha məqsədəuyğundur. Dəniz qırağı sakitlik baxımdan bəzi insanlara rahatlıq verə bilər. Amma dəniz havasının nəmişliyi və hidrogen sulfid xeyirli deyil, əksinə zərərlidir. Bir sıra ağciyər xəstəliklərinin, xüsusilə bronxial astmanı, allergik riniti, allergik bronxiti və s. kəskinləşdirə bilər. Dəniz qırağında, dənizin iyi hiss ediləcək qədər yaxınlığında yaşayan insanlar bu qazın uzunmüddətli mənfi təsirinə məruz qalır. Bulvarda qaçanları görəndə isə onların yerinə mən arıqlayıram”.
YAP Sumqayıt şəhər təşkilatında 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
“Yeni Azərbaycan” qəzetinin rəsmi internet saytına kütləvi haker hücumu həyata keçirilib
Nizami rayonunda 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş konfrans keçirilib
Nazir Vilayət Eyvazov Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi
Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir