Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 500-dən çox neftçi təxliyə edilib.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 21-22-də hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar şirkət təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib.
Bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər dayandırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında göstərişlər verilib, zəruri sahələrdə növbətçilik təşkil olunub. Hava və dəniz nəqliyyatları vasitəsilə 500-dən çox neftçi sahilə çıxarılıb.
Mümkün fövqəladə vəziyyətlə əlaqədar mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-nin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir. Sentyabrın 22-si səhər saatlarında hava şəraitinin normallaşması gözlənilir.
“Azneft” İB 106 saylı orta məktəbdə şagirdlər üçün növbəti səyyar tibbi müayinə aksiyası keçirib
Bakı Ali Neft Məktəbi vakant kafedra müdiri vəzifəsinin tutulması üçün müsabiqə elan edir
“SOCAR Türkiyə” “GAMA Enerji”nin Həmdövrəli buxar-qaz turbin tipli Elektrik Stansiyasını satın alıb