20 fevral 2016 19:35
200

5 yeni planet kəşf edildi

Publika.az xəbər verir ki, "Planet axtarışında Geniş Güney Bucağı" adlı müşahidə cihazında 8 kamera ilə aparılan müşahidə nəticəsində 5 ulduzun ölçüləri və hərəkət trayektoriyasının planetə bənzədiyi üzə çıxıb.

Mütəxəssislər apardıqları müşahidələr nəticəsində onların Günəş sisteminin ən böyük planeti olan Yupiterə olduqca yaxın olduğunu deyiblər.

Bu planetlərə WASP-119 b, WASP-124 b, WASP-126 b, WASP-129 b və WASP-133 b adları verilib.