Oktyabrın 3-də ayrı-ayrı vaxtlarda Qazax rayonunda qaz təchizatında fasilələr olacaq. Belə ki, saat 14:00-dan 16:00-dək Qaz İxrac İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırma işləri aparılarkən Qazax şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq. Saat 14:00-dan 18:00-dək isə “Qazax” ölçü qovşağından qidalanan qaz təchizatı şəbəkəsində aşkar olunmuş sızmaların ləğvi, cari təmir-bərpa işlərinin yerinə yetirilməsi məqsədilə Qazax şəhərinin bir hissəsi və digər 4 yaşayış məntəqəsində də qazın verilişində fasilələr yaranacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
YAP Nərimanov rayon təşkilatının SOCAR üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi çərçivəsində tranzit həcmi 4 milyon tona çatdırılıb