Xaçmaz rayonunun Bəyqışlaq kəndini qazla təmin edən diametri 108 millimetr olan qaz xətti gecə saatlarında avtomobil qəzası zamanı yararsız hala düşüb. Hazırda 80 abonentin qaz təminatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional Qaz İstismarı İdarəsindən verilən məlumata görə, yaxın saatlarda bərpa işlərinə başlanacaq.
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
YAP Nərimanov rayon təşkilatının SOCAR üzrə ərazi partiya təşkilatında seçki iclası keçirilib
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması layihəsi çərçivəsində tranzit həcmi 4 milyon tona çatdırılıb