26 noyabr 2019 15:04
1073

İki rayonda 612 fərdi evə qaz verildi

Qazax və Samux rayonlarının 2 yeni yaşayış massivində qazlaşdırma işləri başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən "İki sahil"ə verilən məlumata görə, Qazax rayonunun yeni yaşayış massivində yerləşən 115 fərdi yaşayış evinin, eləcə də Samux rayonun yeni yaşayış massivində yerləşən 497 fərdi yaşayış evinin hər biri fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub. Ümumilikdə, qazlaşdırma işləri üçün 57 071 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib.