Filippində yüzdən çox daxili və beynəlxalq aviareys ləğv olunub. Hakimiyyət orqanları aeroportları yaxınlaşmaqda olan “Tisoy” qasırğasına hazırlayır.
AZƏRTAC Philippine News Agency agentliyinə istinadla xəbər verir ki, Filippin Mülki Aviasiya İdarəsinin baş direktoru Jim Sydiongco yerli aviadaşıyıcıları tayfun səbəbindən hava əlaqəsində yarana biləcək çətinliklərə görə qabaqlayıcı tədbirlər görməyə çağırıb.
İdarənin nəzarəti altında olan aeroportlara yüngül təyyarələrin, avadanlıqların və sənədlərin yerini daha quru və təhlükəsiz rayonlara dəyişmək, pəncərə və qapıları bərkitmək, həmçinin ikinci dərəcəli personalı evlərinə göndərmək tapşırılıb. Eyni zamanda, ölkə ərazisində bütün təlim uçuşları dayandırılmalıdır.
“Business Mirror” qəzetinin məlumatına görə, paytaxt Manila regionunun bir sıra rayonlarında və bəzi əyalətlərdə məktəblər bağlanıb. Həmçinin 4,5 min nəfər limanları tərk edə bilmir. Yerli hakimiyyət orqanları Albay əyalətində 100 mindən çox insanın məcburi təxliyəsinə başlayıb.
Qasırğanı müşayiət edən güclü leysan yağışları səbəbindən 300 minə yaxın insan daşqın təhlükəsi ilə üzləşib.
Mask ABŞ-ın təkpartiyalı dövlətə çevrilmək təhlükəsi ilə üzləşdiyini bəyan edib
Almaniyada metallurgiya və elektrotexnika sahələrində minlərlə iş yerinin itirilməsi proqnozlaşdırılır
Polşa Cənubi Koreyanın reaktiv yaylım atəş sistemləri üçün raket istehsal edəcək