22 fevral 2016 21:10
203

Sevgi Ətri...

Yaponiyada bir qoca öz romantik jesti ilə bu iddianın əsassız olduğunu sübut edib.

Kuroki adlı bu şəxsin həyat yoldaşı şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik bir müddət əvvəl onun görmə qabiliyyətini tamamilə məhdudlaşdırıb. Yoldaşını hər zaman gül-çiçəklə sevindirən yaponiyalı təqaüdçü ənənəni dəyişdirmək məcburiyyətində qalıb. Yoldaşı gül-çiçəkləri görə bilmədiyindən ətrini alsın deyə, onun üçün həyətdə 2 mindən çox gül əkib. İçinə qapanan gözdən əlil qadın güllərin ətri ilə depressiyadan çıxıb. Yaponiyalı qocanın bu romantik fədakarlığı dünya miqyasında alqışla qarşılanıb.

Gülləri ərsəyə gətirmək üçün 2014-cü ildən bu yana dəridən-qabıqdan çıxan yaponiyalı ömrünün sonunadək yoldaşının üzünü güldürməyə çalışacağını deyir.