23 fevral 2016 01:31
260

Hündürdabanla ip üzərində gəzib rekorda imza atdı

Bəziləri hündürdaban ayaqqabı üzərində heç yeriyə bilmir, o isə hündürdaban ayaqqabı ilə rekorda imza atıb.

İtaliyada yayımlanan "Ginnesin Dünya Rekordları" şousuna qatılan rus sirk ustası Oksana Seroştan adlı qadın verilişdə yeni bir çıxış sərgiləyib. Rus qadın hündürdaban ayaqqabı ilə ipin üzərində gəzərək hər kəsi şoka salıb.

İzləyicilərin təəccübünə səbəb olan sirk sənətçisi bu məharətini sağ-salamat başa vura bilib. Beləliklə, Oksana Seroştan bu Ginnes rekordunu da yeniləyib.