13 fevral 2020 11:04
1635

Yeni Buxar Turbogenerator qurğusu zavodun enerji tələbatını tam təmin edəcək 

SOCAR-ın "Azərikimya" İB-nin Etilen-polietilen zavodunda həyata keçirilən digər bir iri layihə Buxar Turbogenerator qurğusunun tikintisidir. Layihənin məqsədi zavodu elektrik enerji ilə təmin edən Buxar Generator Kompleksinin effektivliyini və istehsal gücünü artırmaqdır. Layihənin icrası üçün 2016-cı ildə SOCAR Almaniyanın "UNİPER" şirkəti ilə saziş imzalayaraq, “SOCAR-UNİPER” Birgə müəssisəsini yaratmışdır. Hazırkı Buxar Generator Kompleksinin layihə gücünün 32 Mvt/s-dən (faktiki 13 Mvt/s) layihə gücünün 65 Mvt/s  gücünə çatdırılması nəzərdə tutulur. Bunun üçün əlavə turbogenerator quraşdırılır və mövcud texnoloji sistem təkmilləşdirilir. Həmçinin “Azərikimya” İB-nin daxili imkanları hesabına mövcud köhnə yarımstansiya yenidən qurulur.

Layihə başa çatdırıldıqdan sonra “Azərikimya” İB-nin indiyə qədər əsasən Sumqayıt Elektrik Şəbəkəsindən aldığı 30 Mvt/s-lıq enerji tələbatı artıq öz imkanları ilə tam təmin olunacaq istehsal edilən qalan 35 Mvt/s elektrik enerjisinin şəbəkə vasitəsilə SOCAR-ın digər müəssisələrinə, eləcə də Sumqayıt şəhərinin digər istehlakçılarına ötürməyə imkan yaranacaqdır.   

Hər iki layihənin tam olaraq cari ilin 3-cü rübündə yekunlaşması nəzərdə tutulur.

Orxan Vahidoğlu, "İki sahil"