26 fevral 2020 18:51
1963

Fransa portalı: Faciələri tarixə həkk etmək yaddaşımızın borcudur

Xocalı, Srebrenitsa, Beslan, Silgaci yeni faciələrin ünvanlarıdır. Ötən əsrin 40-cı illərində baş vermiş yəhudilərə, 70-ci illərdə kambocalılara qarşı törədilmiş kütləvi qırğınlar yaddaşımıza həkk olunubsa, bu yeni qırğınları da unutmamaq yaddaşımızın borcudur.

Bu fikirlər fransızdilli “Sensemaking” portalında dərc olunmuş “Yaddaşımızın borcu: faciələri tarixdə həkk etmək sərlövhəli məqalədə ifadə olunub.

Məqalədə hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edildiyi vurğulanır. Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlanması, Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi, silahlı münaqişənin qurbanları barədə məlumat verən müəllif Xocalı soyqırımından ətraflı bəhs edib. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərinə hücum edərək dinc sakinlərə işgəncələr verib, onları qətlə yetiriblər. Qeyd olunur ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan erməni silahlı qüvvələrinin Xocalıda qətliam törətdiklərini etiraf edib.

Məqalədə Xocalı soyqırımı ilə bağlı çoxsaylı kitabların nəşr edildiyi diqqətə çatdırılıb. //AZƏRTAC