Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar Bakıda bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə verilən məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” müvafiq tədbirləri davam etdirir.
Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-na qədər 112 yaşayış binası üzrə 5 097 mənzil təbii qazla təmin olunub.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir