08 fevral 2016 19:15
945

1,7 kilometrlik göydələn

Yaponiyalı mühəndislər dünyanın ən hündür göydələnini inşa etməyə hazırlaşırlar. Tikintisinin 2045-ci ildə tamamlanması planlaşdırılan layihə çərçivəsində inşa ediləcək 1,7 kilometr hündürlüyündə olacaq göydələn hələ ki, dünyanın ən yüksək binası sayılan Dubaydakı məşhur “Bürc-Xəlifə”dən iki dəfə böyük olacaq.

AZƏRTAC “independent.co.uk” saytına istinadla xəbər verir ki, 2045-ci ildə tamamlanması nəzərdə tutulan meqalayihə çərçivəsində 1,7 kilometr hündürlüyü olacaq göydələn isə “Sky Mile Tower” adlandırılacaq.