19 mart 2020 18:01
2307

İtaliyada çempionat BU TARİXDƏ bərpa ediləcək

İtaliya A Seriyası mayın 3-də bərpa oluna bilər.

İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlamasında təqvimi hazırladıqlarını deyib:

"A Seriyasını mayın 3-ü bərpa etməyi və iyunun 30-da bitirmək istəyirik. Liqaların iyulun əvvəli də bitməsi mümkündür. Hələ bu yöndə çalışırıq. UEFA və FIFA ilə yanaşı, ölkəmizin qurumlarına müraciət etmişik. Avrokuboklardakı fasiləni nəzərə almalı olacağıq".

Sportal.az