Çernobıl hadisələri dedikdə 1986-cı il 26 apreldə saat 01:23 radələrində baş vermiş və minlərlə insanın həyatını tamamilə dəyişən, bəşəriyyətin tarixinə ən dəhşətli hadisələrdən biri kimi düşən Çernobıl Atom Elektrik Stansiyasının partlayışı yada düşür. Partlayışın səbəbləri və qəzanın necə baş verməsi hələ də sirr olaraq qalır, ancaq Çenobıl hadisələri ilə bağlı digər heç vaxt eşitmədiyiniz faktlarla aşağıda tanış ola bilərsiniz:
Ətraf aləmə tarix boyu ən çox həcmdə radioaktiv maddələrin atılması bu hadisə zamanı baş verib
Çernobılda radioaktiv radiasiyanın vurduğu zərər Xirosima və Naqasakinin birgə bombalanmasından iki yüz qat daha böyük idi - bu qəzada əsas zərər verən amil radioaktiv çirklənmə olmuşdu.
Radiasiyanın qaynar nöqtələri hələ də fəaldır
Çernobıl daha heç vaxt əvvəlki kimi olmayacaq (ən azı 48 min il keçməyincə), amma turistlər ora səfər etməyə davam edirlər. Bəzi sakinlər hadisədən sonra şəhəri tərk etmədi və qeyri-rəsmi olaraq orada yaşadılar. Alimlər iddia edirlər ki, radiasiya səviyyəsi bir neçə il əvvəl olduğu kimi, yüksək deyil, lakin radioaktiv maddələrin qalxdığı bir neçə “qaynar nöqtə” var. Bunlar, əsasən, insan və heyvanların sümüklərinə, dişlərinə və toxumalarına nüfuz edə bilən, sağlamlığa zərər verə bilən sezium və stronsiumun zəhərli kimyəvi birləşmələridir.
Hadisə zamanı ciddi şüalanmaya məruz qalan
yanğınsöndürənlərdən birinin göz rəngi dəyişmişdi
Vladimir Pavloviç Pravik adlı yanğınsöndürən ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Vladimir Pavloviç Çernobıl qəzasından sonrakı ilk saatlarda yanğının söndürülməsində iştirak etmiş, söndürmə zamanı yüksək dozada radiasiya almışdır. Radiasiyanın təsiri o qədər güclü idi ki, onun gözlərinin rəngi dəyişdi - yanğınsöndürənin parlaq qəhvəyi gözləri mavi rəngə çevrildi.
İlk vaxtlar dünya miqyasında
bu dəhşətli hadisə haqqında susmaq qərara alınmışdı
Sovet hökuməti qəza barədə vətəndaşlarına belə dərhal məlumat verməmişdi. Çernobıl hadisələrinə rəsmi şahidliyini qeydiyyata aldıran ilk ölkə İsveç olmuşdu. İsveçin atom elektrik stansiyasının işçiləri atmosferə yüksək həcmdə radioaktiv maddələrin yayılması haqqında məlumatı təsdiqləmişdilər.
Təcili evakuasiya işlərinə hadisədən 2 gün sonra başlanılıb
Çernobıl AES-dən üç kilometr aralıda yerləşən Pripyat şəhərinin boşaldılması fəlakətdən bir-iki gün sonra başladı. Təsirli bir radiasiya dozası almaq üçün bir-iki gün kifayətdir.
Heyvanlar mutasiyaya uğradı
İnsanların təxliyyəsinin ardından orada qalan canlılarda canavarlar, atlar, qaban və digər vəhşi və ev heyvanlarında mutasiya halları baş verdi. İki başı olan varlıqlar, artıq quyruğu olan, bədəni müxtəlif deformasiyalara uğramış canlılar peyda oldu.
Radiasiya səviyyəsinin enməsi üçün min illərlə vaxt tələb olunur
Plutonium, kolossalen kimi radioaktiv maddələrin ətrafa yayılması zamanı ömrü təxminən 24 min il çəkir. Bu materiallar aşağı uçuculuq xüsusiyyətinə görə fəlakət yerindən bir neçə kilometrdən artıq məsafəyə gedə bilmirlər. Lakin onların tamamilə yox olması üçün 48 min il tələb olunur.
Radioaktiv buludlar İrlandiyaya qədər gedib çıxmışdı
Ukrayna, Belarus və Rusiya 63 % radioaktiv şüalanmaya məruz qaldı. Avropanın digər hissələri isə müxtəlif səviyyələrdə şüalanmışdı.
“İncil”də Çernobıl fəlakətindən danışılır
İddia edilir ki, xristianların müqəddəs kitabı olan “İncil”də Çernobıl hadisələri təsvir olunub. Orada yerə düşən “Yovşan” adlı böyük ulduzdan və onun insanları və su hövzələrini necə zəhərləməsindən danışılır. Həmin ulduz həm də “Çernobılnik” adlanır.
Turistlər hələ də o qorxunc yerlərə ekskursiyaya həvəs göstərirlər
Bəzi həyəcan sevən turistlər Çernobılı gözləri ilə görmək üçün oraya gəlirlər. Həmin şəhərə turlar təşkil edən xüsusi turizm agentlikləri vardır. Turistlərə şüalanmaya qarşı qabaqlayıcı tədbirlər tətbiq edilsə də, hər halı ilə bu cür səyahətlər böyük risk daşıyır.
“Qırmızı meşə”
Hadisə yerindən iki km məsafədə yerləşən meşə “Qırmızı meşə” adlandırılıb və həmin fəlakətin qoyduğu izlərdən biridir. Qəzanın ilk günlərində yüksək radiasiyaya məruz qalan ağaclar bir anda qırmızı rəngə boyanmışdı.
Nubar Süleymanova, “İki sahil”