Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 6 nömrəli dərin dəniz özülündə 152 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.Quyu məhsuldar qat çöküntülərinin Balaxanı Lay Dəstəsinin IX horizontundan fontan üsulu ilə məhsul vermiş, 2845-2761 metr intervaldan sutkalıq 15 ton neft və 90 000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.