04 mart 2016 19:47
124

İlk quyunun qazmasına başlanılıb

Yeni istismara verilmiş estakadayanı meydançadan ilk quyunun qazmasına başlanılmışdır

“Neft Daşları” yatağında yeni istismara verilmiş 1637A saylı estakadayanı meydançadan ilk quyunun qazmasına başlanılmışdır.“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan 2643 nömrəli həmin quyunun layihə dərinliyi 1980 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur. 

Qeyd edək ki, “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən inşa olunmuş 1637A saylı estakadayanı meydançadan ümumilikdə 14 istismar quyusunun qazılması nəzərdə tutulmuşdur. Qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.