Cazibədar aktrisa Pərvin Abıyeva “İnstagram”da paylaşdığı foto ilə qınaq obyektinə tuş gəlib.
"İki sahil" xəbər verir ki, Abıyevanı paylaşımına görə peşman ediblər. Geyimində erməni bayrağının rəsmləri əks olunduğu üçün aktrisa tənqid olunub. Daha sonra Pərvin paylaşım edərək, işıq səbəbindən rənglərin fotoda fərqli göründüyünü açıqlayıb.
Ötən gündən bir sıra saytlar aktrisanı şərləyərək, onun haqqında yalan məlumatlar dərc edib. Bu xəbərlər isə sosial şəbəkədə geniş müzakirə olunub və Abıyevanın ünvanına bilib-bilmədən təhqirlər yazılıb. Bu gün isə aktrisa həmin paltarı geyinərək canlı yayım açıb və sübut edib ki, o, erməni bayrağının rəngləri deyil.
Videonu BURADAN izləyə bilərsiniz.
AMEA-da “Türkoloji Qurultay – 100” mövzusunda respublika elmi konfransı keçirilib
Gəncədə “Azərbaycan mədəniyyətinin inkişafında folklorun əhəmiyyəti” mövzusunda seminar keçiriləcək
Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin xərclərini dövlət qarşılayacaq