24 fevral 2016 01:51
249

Bu qadının gözündən ağladıqca daş çıxır

Çinin Şandonq əyalətinin Lufanq kəndində yaşayan Dinq Aihuanın gözlərindən yaş əvəzinə daş çıxır.

Həyat yoldaşı Lianq Xinçuna göz ağrılarından şikayət etdikdən sonra qadının gözlərindən daş çıxarılıb.
Həyat yoldaşı həkimlərə müraciət etsə də, həkimlər onun dediklərinə inanmayıblar. Bəziləri isə müalicə edə bilməyəcəklərini söyləyiblər. Ancaq hər dəfə qadının başı ağrıyanda gözündən daşı çıxarmaq məcburiyyətində qalırdılar.

Həkimlərin onlara inanmadığını görüb mediaya müraciət ediblər. Qısa zamanda çox insanın diqqətini cəlb edən qadın Aier Göz xəstəxanasına yerləşdirilib.
Aier Göz xəstəxanasını bildiirb ki, qadının gözündən yığılan daşları mineral araşdırma mərkəzinə göndəriblər.