17 avqust 2020 23:16
2368

Sızanaqsız  həyat üçün 5 vərdiş...

Aknelər gəncliyimizdən bəri görünüşümüzü korlayan və bizə psixoloji olaraq birbaşa təsir edən arzuolunmaz görüntüdür. Anidən ortaya çıxan və bəzən izlər buraxan səpgilər bəzən ciddi bir dəri probleminin göstəriciləri ola bilər. Sızanaqları aradan qaldırmağın 5 yolunu təqdim edirik.

Gündə iki dəfə üzünüzü yuyun

Üzünüzə qulluq edərkən diqqətli olmalısınız. Gözəl və sağlam bir dəri üçün gündə ən azı 2 dəfə üzünüzü yumaq lazımdır. Qurutma zamanı öz dəsmalınızdan istifadə etməlisiniz. Üzünüzü qurudanda çirkli bir dəsmal və ya başqasının dəsmalından istifadə etməməlisiniz. Hər yumadan sonra üzünüzü nəmləndirmək də faydalıdır.

Şirniyyatdan uzaq durun

Dərinizin sağlam və canlı olmasını istəyirsinizsə, şəkər istehlakını minimuma endirməlisiniz. Şəkər iltihabı artıra və yeni aknelər yaranmasına və ya pisləşməsinə səbəb ola bilər.

Üzünüzə toxunmayın

Üzünüzdə sızanaqlar olduqda əlinizi üzünüzə çox sürtməməyə diqqət yetirməlisiniz. Çirkli əllər bakteriyalar üçün bir ev kimidir. Lakin  toxunmamaqla yanaşı ,onları sıxmamalısınız. Sıxılmış sızanaqların iltihabı asanlıqla yayıla bilər .

Bol maye qəbul edin

Gündə ən azı 2 litr su içmək ən sadə sağlamlıq qaydalarından biridir. Su bədəndən toksinləri təmizləyir və dərinizin nəm balansını qorumasını təmin edir. Suya bir neçə dilim limon ataraq bu təsiri artıra bilərsiniz.

Stresdən uzaq durun

Stress sızanaq çıxmasına səbəb olan ən böyük amillərdən biridir. Əsəb və fikir çəkmək sızanaq və qara nöqtələrin yaranmasına səbəb ola bilər. Stresdən uzaqlaşa və özünüzü sakitləşdirən müalicə üsulunu tətbiq edə bilərsiniz.

Samirə İsmayılova, “İki sahil”