20 avqust 2020 12:11
3242

Aktrisa əsl yaşını 30 il sonra etiraf etdi

Honq Konqlu məşhur aktrisa Karman Li Yeuk-tunq yaşı ilə pərəstişkarlarını heyrətləndirib.

16 avqustda doğum günü olan aktrisa sosial media hesabında paylaşım edərək 54 yaşı olduğunu qeyd edib. Pərəstişkarları aktrisanın gözəlliyinə tərif yağdıraraq, onu gənc qıza bənzədiblər. O, yaşını gizlətməsinin səbəbini belə izah edib:

''İnsanlar düşünür ki, əgər qadın 30 yaşını keçdisə, bir daha zirvədə ola bilməyəcək. Yaşınız sizin irəliləməyinizə əngəl olmamalıdır''

Belə ki, Karmen 30 il əvvəlki fotosunu yayımlayaraq, illər keçdikcə daha da gəncləşdiyini deyib. //Ölkə.az