21 avqust 2020 17:17
6874

Şəkər otu stevia bitkisi haqqında ...

Stevia Paraqvay mənşəli bir bitkidir. Dünyada populyarlığı gündən-günə artan Stevia bitkisi (şəkər otu) hal-hazırda 5 milyard dollarlıq bir bazara sahibdir.

İşlənmiş şəkərdən 100-300 dəfə daha şirin və bir çox məhsulda dadlandırıcı olaraq istifadə olunan təbii bitkidir. Şəkər otu kimi də tanınan bu bitkinin faydalarını görəndə dərhal istifadə etmək istəyə bilərsiniz.

Şirniyyatlarınıza, çərəzlərinizə şəkər əvəzinə steviya əlavə edərək eyni zövqü ala bilərsiniz. Stevia şəkər ehtiva etmir və kalorisi çox azdır. Bu səbəbdən, şirin istehlakına son qoymadan balanslaşdırılmış bir pəhrizin bir hissəsi ola bilər. Onu da qeyd edək ki, nikotin istəyini azaltdığı üçün siqaretdən imtina etməyiniz üçün də effektivdir.

Diabet xəstələri üçün digər xoş bir xəbər isə çay kimi içkilərdə də stevia bitkisindən istifadə edə bilmələridir.Tədqiqatlara görə, bu bitki qidalara dad verərkən insulin səviyyəsinə heç bir təsir göstərmir.

Xüsusilə ailəsində mədəaltı vəzi xərçəngi olanlar üçün vacib olan stevianın tərkibində bir çox sterol və antioksidan birləşmələr, o cümlədən kaempferol var. Tədqiqatlar kaempferolun mədəaltı vəzi xərçəngi riskini 23 faizə qədər azalda biləcəyini müəyyən etmişdir.

Yüksək qan təzyiqini azaltmağa kömək edir.

2003-cü ildə edilən bir araşdırma, stevianın təzyiqin aşağı düşməsinə və ürək döyüntüsünün tənzimlənməsinə köməkçi ola biləcəyini göstərmişdir.

Ağciyər zədələrini sağaltmaqda təsirli ola bilər.

Bir araşdırmaya görə, stevia yarpaqları oksidləşdirici stress riskini azaltdığına görə böyrəklərin zədələnməsinin qarşısını alır.

Qeyd edək ki, içkilərdə və digər qidalarda stevianın istifadəsi də olduqca sadədir, beləki, istifadə üçün bir stəkan qaynar suya 1 xörək qaşığı steviya əlavə edin. Əlavə olaraq 10 dəqiqə qaynadın, süzün və suyunu istifadə edin.

Samirə İsmayılova, “İki sahil”